FİFA-dan Rusiyaya xəbərdarlıq

Ali futbol qurumu Rusiya Futbol Federasiyasına etiraz bildirib. SportLine.az xəbər verir ki, buna 1 yanvar 2016-cı il tarixindən Türkiyə vətəndaşlarını işə götürməklə bağlı qüvvəyə minəcək qadağa səbəb olub. 

FİFA bu qadağanın hazırda Rusiyada oynayan və bundan sonra çıxış edəcək türkiyəli futbolçulara şamil edilməsini istəmir. Bu məsələ ilə bağlı hər hansısa şikayətin gələcəyi təqdirdə, qurum federasiyanı sərt cəzalandıracağı ilə bağlı xəbərdar edib.