FİFA millidə zədələnən futbolçulara görə klublara kompensasiya ödəyəcək
FİFA milli komandanın düşərgəsində ciddi xəsarət alan iki klubun futbolçusu üçün kompensasiya ödəyəcək.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, söhbət "Almeriya" və "Selta" klublarından gedir.
Adıçəkilən komandaların futbolçuları Ibrahim Kone və Cozef Aydu millinin oyunlarında zədələnərək sıradan çıxılar.
Hər bir zədələnmiş futbolçu üçün 7,5 milyon avro məbləğində ödəniş nəzərdə tutulur.
Bu məbləğ il ərzində tədricən klubların büdcəsinə köçürüləcək.