FİFA mundial iştirakçılarının sayını artırır

FİFA Dünya çempionatında milli komandaların sayını artıra bilər. SportLine.az xəbər verir ki, qərar qüvvəyə minsə, mundiallarda 40 ölkə iştirak edəcək. Ali futbol qurumu bununla Asiya və Afrikadan daha çox ölkənin mötəbər yarışda çıxışını təmin etmək niyyətindədir.

Qeyd edək ki, qərar qəbul olunacağı təqdirdə ilk dəfə 2026-cı il Dünya çempionatında tətbiq ediləcək.