FİFA referimiz Almaniyada

FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.

Sportline.az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.

Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.

Qeyd edək ki, yay kursları iyulun 29-dək davam edəcək.

Banner