Fransalı jurnalist Türkiyədə "Qalatasaray"ı təhqir edib

Fransalı jurnalist Romen Kanuti Türkiyənin "Qalatasaray" klubunu təhqir edib.

Sportline.az xəbər verir ki, hadisə "Marsel"in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl baş verib.

Media nümayəndəsi "sarı-qırmızılar"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında "aslanı əhliləşdirdim" yazıb.

Onun bu hərəkətinə yerli azarkeşlər etiraz ediblər.

Qeyd edək ki, bu gün oynanılacaq "Qalatasaray" - "Marsel" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.