Futbolda daha bir yenilik

"Ayaks" və PSV klubları arasında keçiriləcək Niderland Superkuboku yeniliklə yadda qalacaq.

Sportline.az xəbər verir ki, bu görüş ilk dəfə TikTok üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, son Niderland çempionu "Ayaks" və son Niderland kubokunun sahibi PSV arasındakı bu qarşılaşma 30 iyulda Yohan Kroyff adına arenada keçiriləcək.

Bu oyunadək PSV Superkuboku 12, "Ayaks" isə 9 dəfə qazanıb. Son qalib isə, Eyndhoven təmsilçisi olub.