Gimnastımız finalda

Varnada (Bolqarıstan) “Challenge” seriyasından idman gimnastikası üzrə dünya kuboku keçirilir.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycanın qadınlardan ibarət yığması da çıxış edir.

Təsnifatın nəticələrinə görə, Nazənin Teymurova iki hərəkətdə finala yüksəlib.

Qeyd edək ki, Nazənin bundan əvvəlki Dünya Kuboklarında da finalda çıxış edib.