Gimnastlarımızdan daha 2 medal

Azərbaycan idmançıları İsraildə keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatına daha iki medal qazanıblar.

Sportline.az xəbər verir ki, Avropa çempionatının bu gün keçirilən çoxnövçülük yarışlarında gimnastlarımızdan Murad Rəfiyev gümüş medal qazanıb.

Yarışda digər təmsilçimiz Daniel Abbasov da fərqlənərək ikinci yerə çıxıb.  

Qeyd edək ki, idmançılarımız akrobatika gimnastikası üzrə Avropa Çempionatının ilk günündə də uğura imza atıblar.