“Göztəpə” 100 illiyini Super Liqada qeyd edəcək

Türkiyə 1-ci liqasında çıxış edən “Göztəpə” klubunun idarə heyətinin rəhbəri Kerem Ertan maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Kerem Ertan müsahibəsində bu fikirləri səsləndirib:

“Erzurumspor” matçı ilə yüksəlişə keçəcəyik və camiəmizin dəstəyi ilə birlikdə Super Liqa yürüyüşümüzü daha güclü bir şəkildə davam etdirəcəyik. ”Göztəpə”miz 100 yaşını qarşıdakı mövsüm Super Liqada qeyd edəcək. Buna inanın. Çox dəyərli futbol komandamız, texniki və inzibati heyətimiz, rəhbərliyimiz və azarkeşlərimizlə qol-qola, çiyin-çiyinə bu məqsədə nail olacağıq”.

Liqada 10 oyunluq məğlubiyyətsizlik seriyası bu həftə sona çatan “Göztəpə” ən yaxın izləyicilərini 2 xal qabaqlayaraq 56 xalla ikinci pillədə qəraraşır. ”Eyupspor” 64 xalla liderdir