Hakim Ziyeş milli komandaya dəvət oluna bilər
"Qalatasaray" klubunun mərakeşli futbolçusu Hakim Ziyeş milli komandaya dəvət ala bilər.
Sportline.az Sporx.com- a istinadla xəbər verir ki, təcrübəli cinah hücumçusu "sarı-qırmızlar"la az sayıda oyuna çıxdığı üçün seçmə komandaya dəvət olunmama təhlükəsi ilə üzləşib.
Mərakeş millisinin baş məşqçisi Ualid Reqraqui futbolçu ilə bağlı açıqlamasında :"Ziyeşin komandamda oynamasını çox istəyərəm. Amma uzun müddətdir ki, əsas heyətdə çıxış etmir. Oyun əksikliyi var. Bu barədə düşünməliyəm",-deyib.
Qeyd edək ki, Mərakeş millisi martın 22-də Anqola, 27-də isə Moritaniya ilə üz-üzə gələcək.