"Hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin"

“İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım".  SportLine.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov "Zirə" ilə görüşdən sonra deyib.

"Zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq", - deyə bildirən mütəxəssis azlıqda qalmasına baxmayaraq, komandasının qol vurmasına sevindiyini qeyd edib.

Qarşıda vacib oyunların olduğunu söyləyən Əhmədov, "Bu oyunu unudub, çempionata köklənməliyik. Səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq", - deyib.

Mütəxəssis hakimliklə bağlı da fikirlərini bölüşüb: "Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular.  Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.

Xatırladaq ki, AZAL - "Zirə" matçı 1:2 hesabı ilə yekunlaşıb.

Banner