Hakimi vuran məşqçiyə ağır cəza
Çin Futbol Assosiasiyası bu gün elan edib ki, "Liaoninq Şenyanq" komandasının baş məşqçisi Duan Xin hakimə şillə vurduğuna görə 8 ay müddətinə futboldan uzaqlaşdırılıb və 150 min yuan (təxminən 19 min avro) cərimələnib.
Sportline.az xəbər verir ki, insident iyulun 23-də birinci liqanın 15-ci turunun "Nankinq Siti" - "Lyaoninq Şenyanq" (4:0) matçı zamanı baş verib.
Baş hakim Çen Hao Duan Xinə qırmızı vərəqə göstərdi və dərhal sol yanağına zərbə endirdi.