Haller "Borussiya"dan ayrılacaq

"Borussiya Dortmund"un afrikalı futbolçusu Sebastian Haller yanvar ayında klubunu dəyişəcək.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Leqanes" Halleri transfer etmək üçün hərəkətə keçib.

İspaniya klubu bu keçid üçün "Borussiya Dortmund"a 6 milyona avro ödəməyə hazırdır.

Qeyd edək ki, Hallerin Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

O cari mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.