Hamzaoğlu "Trabzonspor"un hədəfində
Bir neçə gün əvvəl "Qalatasaray"la yollarını ayıran Hamza Hamzaoğlunun yeni iş yeri "Trabzonspor" ola bilər. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidentliyinə iddialı Cəlil Sağıroğlu və Muharrem Usta baş məşqçi vəzifəsinə Hamzaoğlunu gətirmək niyyətindədir. Dekabrın 6-da keçiriləcək seçkidən sonra onların mütəxəssisə rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, "Bursaspor" da Hamza Hamzaoğlunun xidmətində maraqlıdır.