Həbib Nurmaqomedov və İslam Maxaçev Qurban Qurbanovla görüşüb
Bakıda keçiriləcək "UFC Baku Fight Night"ın fəxri qonaqlarının Azərbaycana gəlişi davam edir.
Sportline.az xəbər verir ki, məşhur UFC döyüşçüsü İslam Maxaçev və onun məşqçisi, keçmiş UFC çempionu Həbib Nurmaqomedov artıq Bakıdadır.
Tanınmış qonaqlar bu gün “Qarabağ”ın bazasında olublar. Onlar komandanın bazasını gəzib və baş məşqçi Qurban Qurbanovla görüşüblər.
Qeyd edək ki, UFC turniri iyunun 21-də keçiriləcək.