Hidayət Heydərov Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

H.Heyədrov 1/8 finalda kosovolu Dardan Çena ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 7 cüdoçusundan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.