Hun Min Son "Fənərbağça" mövzusuna son qoyub

Gələn mövsüm Türkiyə çempionluğunu hədəfləyən "Fənərbağça" klubu heyətə yeni ulduzlar cəlb etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu siyahıda "Tottenhem"in koreyalı yarımmüdafiəçisi Hun Min Sonun da adı var.

Fanatik.com.tr-nin yaydığı məlumata görə, yeni baş məşqçi Joze Mourinyo bu futbolçunu komandada görmək istədiyini rəhbərliyə bildirib.

Sonun London təmsilçisi ilə müqaviləsinin sona çatmaqda olmasından yararlanmaq istəyən istanbullular hərəkətə keçsələr də, planları baş tutmayıb.

Belə ki, koreyalı futbolçu karyerasını "Tottenhem"də davam etdirmək niyyətində olduğunu bildirib.

O, mill komandanın son yoldaşlıq oyunundan sonra verdiyi açıqlamada bu mövzuya son qoyub.