İbrahimoviç Balotellini tənqid etdi
Zlatan İbrahimoviç "Adana Dəmirspor"un hücumçusu Mario Balotellini tənqid edib.
Sportline.az xəbər verir ki, İbra bu barədə "La Gazzetta dello Sport"a danışıb.
“Balotelli? Onun istedadından istifadə etmək və gələcəyini dəyişmək üçün o qədər imkanları var idi. O, heç vaxt bunu etməyib, bu doğrudur. Ən azı bir şansa sahib olmaq istəyənlər o qədər çoxdur və o, əlindəki bütün fürsətləri əldən verdi”, - deyə İbrahimoviç "La Gazzetta dello Sport"a bildirib.
33 yaşlı Balotelli Türkiyə Superliqasında bu mövsüm iki oyunda iki qol vurub.