İbrahimoviç qayıdır

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyaya qayıdır.

Sportline.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, məşqdə zədələndiyi üçün mayın 27-də ölkəsinə yollanan isveçli hücumçu bu həftə Milan şəhərində olacaq.

Zədəsinin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirmək üçün 39 yaşlı forvard təkrar müayinədən keçəcək.

Topuğundan zədə alan İbrahimoviçin 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "Milan"ın heyətində 10 oyun keçirib və 4 qol vurub.