İbrahimoviçin koronavirus testinin nəticəsi

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç koronavirus testindən keçib.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçunun hər iki testi mənfi çıxıb və onda koronavirus aşkarlanmayıb. 38 yaşlı oyunçunun karantin günlərini öz evində keçirməyinə icazə verilib.

Qeyd edək ki, İtaliyada ölkəyə qayıdan futbolçular 14 gün müddətində karantində olmalıdırlar.