İdmançımız Avropa çempionu oldu

18-21 yaşlı gənclərdən ibarət milli komandanın üzvü Fərid Ağayev (-75 kq) Almaniyanın Halle şəhərində Vado-Kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.

Sportline.az xəbər verir ki, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən (çıxıq) mübarizəni yarımçıq dayandırmalı olub. 

Karateçilərimiz bu mötəbər yarışda Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirovun rəhbərliyi altında çıxış ediblər. Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da heyətdə yer alıb.