İdmançımız Meksikaya yollanacaq

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcək.

Sportline.az xəbər verir ki, gənc atlet 109 kq çəki dərəcəsində mübarizə aparacaq.

Noyabrın 15-23-ü aralığında təşkil olunacaq mötəbər yarışda 70-ə yaxın ölkədən 310 (171 kişi, 139 qadın) atlet iştirak edəcək.