İkardi düşərgəni tərk etdi

"İnter"in futbolçusu Mauro İkardi komandasının İsveçrədəki düşərgəsini tərk edib.

Sportline.az xəbər verir ki, İtaliya təmsilçisi və argentinalı hücumçunun birgə qərarı ilə o, məşqlərə Milanda fərdi qaydada davam edəcək. 26 yaşlı oyunçunun Asiyadakı təlim-məşq toplanışına da qatılmayacağı bildirilir.

Qeyd edək ki, "İnter"in İkardini satacağı gözlənilir