İki boksçumuz finalda
Azərbaycanın iki boksçusu İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilən gənclər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.
SportLine.az xəbər verir ki, Vaqif Şirinovun baş məşqçi olduğu kollektivdən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Kası üstələyib - 5:0. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.
Nicat Həsənov (69 kq) isə yarımfinalda şotlandiyalı Samuel Hikkini 3:2 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb. Həsənov çempionluq uğrunda görüşdə rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.
Azərbaycan Boks Federasiyasının məlumatı