İki cüdoçumuz zirvədə
Beynəlxalq Cüdo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, yanvar üçün açıqlanan siyahıda iki cüdoçumuz zirvədə qərarlaşıb. Bunlar Rüstəm Orucovla (73 kq) Elmar Qasımovdur (100 kq).
Onlarla yanaşı, Orxan Səfərov (60 kq), həmiçinin Nicat Şıxəlizadə (66 kq) ilk “onluqda”dır. Bu idmançılar müvafiq olaraq, 4-cü və 10-cu yerdədi.
Baş məşqçimizin əsasən güvəndiyi digər cüdoçulardan İlqar Müşkiyev (60 kq) 20-ci, Tərlan Kərimov (66 kq) 43-cü, Məmmədəli Mehdiyev 38-ci, Ramin Qurbanov 48-ci (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq) 20-ci, Uşqanqi Kokauri (+100) 39-cu, Ayşə Qurbanlı (48 kq) 56-cı və Kifayət Qasımova (57 kq) 55-cidi.
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.