İlin ən yaxşı futbolçusu: Tevez

İtaliya Futbol Həmkralar İttifaqı ötən mövsümün ən yaxşılarının adlarını açıqlayıb. SportLine.az "TuttoSport"a istinadən xəbər verir ki, "Yuventus" klubunun sabiq hücumçusu Karlos Tevez ən yaxşı futbolçu adına layiq görülüb. Hazırda "Boka Xuniors"da çıxış edən futbolçu səsvermədə bütün rəqiblərini qabaqlayıb.

İlin ən yaxşı baş məşqçisi isə "Yuventus"la Çempionlar Liqasının finalına vəsiqə qazanan Massimiliano Alleqri olub.