İlin məşqçisi adına namizədlər bəlli oldu
FİFA "İlin ən yaxşıbaş məşqçisi" adına namizədlərin yekun siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda 3 məşqçinin adı var. Bunlar, Pep Quardiola (“Bavariya”), Luis Enrike (“Barselona”) və Xorxe Sampaolidir (Çili millisi).
Qadın məşqçilər arasında isə Jill Ellis (ABŞ millisi), Mark Sampson (İngiltərə millisi) və Norio Sasaki (Yaponiya millisi) qalib adına iddialıdır.
Qeyd edək ki, mükafatın sahibi 2016-cı il yanvarın 11-də İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə bəlli olacaq.