Qriqorçuk Qurbanovun kölgəsində qaldı

Azərbaycanda 2015-ci ilin ən yaxşı baş məqşçisi müəyyənləşib.

SportLine.az xəbər verir ki, bu, komanda.az saytının jurnalistlər arasında keçirdiyi rəy sorğundan sonra məlum olub.

Sorğuda 74 mətbuat orqanından 80 jurnalist iştirak edib. 49 jurnalist “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova, 24 həmkarımız “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuka səs verib. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, "İnter"in çalışdırcısı Zaur Svanadze isə 3 səs qazanıb. Namizədlər arasında olan "Neftçi"nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.

1. Qurban Qurbanov - 49
2. Roman Qriqorçuk - 24
3. Robert Prosineçki - 4
4. Zaur Svanadze - 3

Banner