İngilis milyarder Retkliff “Mançester Yunayted”in ortaq sahibi olacaq
INEOS transmilli kimya şirkətinin rəhbəri Cim Ratkliff tezliklə "Mançester Yunayted"in ortaq sahibi olacaq.
Sportline.az "Daily Mail"ə istinadla xəbər verir ki, 70 yaşlı milyarder 1,4-1,5 milyard funt-sterlinqə klubun 25 faizlik payını alacaq. Bunun klubun sahibinin tam dəyişməsi istiqamətində ilk addım olacağı gözlənilir.
Oktyabrın 14-də “Mançester Yunayted”in bütün payını dərhal almağa hazır olan Şeyx Casim hazırda klubun sahibi olan Qleyzer ailəsi ilə danışıqlardan geri çəkilib.