İngiltərə ilə İtaliyanın heyətində itkilər var

Bu gecə AVRO-2024-ün seçmə qrup mərhələsində keçiriləcək İngiltərə - İtaliya matçı daha böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, rəqiblər "Uembli" stadionunda təşkil olunacaq oyuna itkilərlə çıxacaqlar.

Meydan sahiblərindən Bukayo Saka, Lük Şou, Kalum Uilson və Ben Çiluell komandasına kömək edə bilməyəcək.

Qonaqlarda isə Kyeza, Vilfred Qnonto, İmmobile, Pelleqrini və Mateu Retegi zədə üzündən Luçano Spalletinin ixtiyarında olmayacaq.

Rəqiblər indiyədək ümumilikdə 17 dəfə qarşılaşıblar. Bunlardan 10 da italiyalılar, 3-də isə ingiltərəlilər qələbə qazanıblar. 4 görüşdə heç-heçə qeydə alınıb.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.