İngiltərə İtaliyaya, Finlandiya Qazaxıstana qarşı

Bu gün AVRO-2024-ün seçmə qrup mərhələsində VIII tur yekunlaşır. 

Sportline.az xəbər verir ki, son gündə C, G və H qruplarında oyunlar olacaq.

Bugünkü 7 qarşılaşmadan sonra 3 komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bunlar İngiltərə, Macarıstan və Danimarkadı. İlk iki komanda qələbə qazanacağı halda istəyinə çatacaq. Danimarka isə özü qalib gəlməklə yanaşı, qrupun digər matçlarından da sərfəli nəticə gözləyəcək.

Qeyd edək ki, indiyə qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa final mərhələsində iştirak hüququna yiyələniblər.

AVRO-2024, seçmə mərhələ

VIII tur

17 oktyabr

C qrupu

22:45. Malta – Ukrayna

22:45. İngiltərə - İtaliya

G qrupu

22:45. Litva – Macarıstan

22:45. Serbiya – Monteneqro

H qrupu

20:00. Finlandiya – Qazaxıstan

22:45. Şimali İrlandiya – Sloveniya

22:45. San Marino – Danimarka