İngiltərə klubu Viktor Bonifeysi transfer etmək istəyir
İngiltərənin "Vesthem Yunayted" klubu Viktor Bonifeys üçün təklif göndərəcək.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Bayer Leverkuz"endə çıxış edən 23 yaşlı nigeriyalı futbolçu üçün "Vesthem Yunayted" klubu 40 milyon funt sterlinq ödəməli olacaq.
"Bayer Leverkuzen" istənilən məbləğ təklif olunacağı təqdirdə görüşmələrə başlayacağını bildirib.
Qeyd edək ki, Viktor Bonifeys bu mövsüm çıxdığı 23 oyunda 16 qol, 8 asistlə yadda qalıb.