İngiltərə Kubokunun 4-cü tur oyunu təxirə salınıb

İngiltərə Kubokunun 4-cü turunun "Vestbronviç" - "Vulverhempton" görüşü təxirə salınıb.

Sportline.az xəbər verir ki, buna səbəb oyunun 81-ci dəqiqəsində azarkeşlərini meydançaya daxil olması olub. 

"Vulherhempton" klubunun 2-0 hesabı ilə qalib gəldiyi matçda fanatlar meydançaya daxil olduğu üçün oyun dayandırılıb, hakimlər və futbolçular stadionu tərk ediblər.

Qeyd edək ki, İngiltərə Futbol Federassiyası görüşlə bağlı yekun qərarına daha sonra verəcəyini açıqlayıb.