İngiltərə millisinin keçmiş futbolçusu Arda Gülər haqqında danışıb
İngiltərə millisinin keçmiş futbolçusu Arda Gülərlə bağlı açıqlama verib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, keçmiş futbolçu Maykıl Ouen türkiyəli gənc ulduzla bağlı açıqlamasında :"Arda Gülər Türkiyənin qürurudur. Başa düşürəm hər matçda əsas heyətdə oynamır. Amma mən də Arda ilə eyni yaşda oland belə çətinliklərlə qarşılaşmışam. Belə olan halda 2 seçimin olur. Ya daha aşağı səviyyəli komandaya gedib hər oyun meydana çıxmalısan, ya da güclü komandada qalıb digər ulduz futbolçlardan nəsə öyrənməlisən. Məncə Arda artıq qərarını verib",-deyib.
Qeyd edək ki, Maykıl Ouen futbolç karyerasında "Real Madrid", "Mançester Yunayted" , "Stok Siti" , "Nyukasıl Yunayted" və "Liverpul" klublarının şərəfini qoruyub.