İngiltərədən Belçikaya
“Vulverhempton” futbolçusu Fabio Silvanı icarəyə verib.
Sportline.az xəbər verir ki, 20 yaşlı hücumçu 2022/2023 mövsümündə “Anderlext”də (Belçika) çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Silva 2020-ci ilin yayında “Portu”dan 40 milyon avro qarşılığında “Vulverhempton”a keçib. O, klub tarixinin ən bahalı transferidir.
Portuqaliyalı futbolçu “canavarlar”da 62 oyunda 4 qol vurub.