İngiltərədən İtaliyaya

İngiltərə Çempionşipində çıxış edən "Stok Siti"nin yarımmüdafiəçisi Canelli İmbula karyerasını İtaliya A Seriya təmsilçisi "Leççe"də davam etdirəcək.

Sportline.az "Sky Iitalia"ya istinadən xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçinin keçidi 4 milyon avroya başa gəlib. Fransalı futbolçu "Leççe" ilə müqavilə imzalamaq üçün İtaliyaya gəlib.

"Stok Siti" İmbulanı 2016-cı ildə "Portu"dan 24,25 milyon avroya transfer etmişdi.