İngiltərənin top klubları “Vulverhempton”un oyunçusnu istəyirlər

“Tottenhem”, “Liverpul”, “Man.Siti” və “Liverpul” “Volves”in oyunçusu üçün rəqabət aparır.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Londonun “Tottenhem” klubu “Vulverhempton”un portuqaliyalı vingeri Pedro Neto uğrunda mübarizəyə qoşulub.Daha əvvəl 24 yaşlı futbolçu ilə “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Nyukasl Yunayted”in maraqlandığı bildirilmişdi.

Qeyd edək ki, Neto 2019-cu ildən “Vulverhempton”da çıxış edir.Bu mövsüm canavarların heyətində bütün turnirlər daxil olmaqla 23 oyuna çıxan portuqaliyalının aktivində 3 qol, 11 məhsuldar ötürmə var.2027-ci ilə qədər klubla müqaviləsi olan Netonun Transfermarkt portalında dəyəri 42 milyon avrodur.Neto 5 oyunda Portuqaliya millisinin şərəfini qoruyub.