"İnter" İtaliya millisinin üzvünü transfer etdi

İtaliyanın “İnter” klubu daha bir transferi reallaşdırıb.

Sportline.az xəbər verir ki, milanlılar “Kalyari”nin müdafiəçisi Nikolo Barelyanı heyətə qatıblar. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Milan təmsilçisi sözügedən oyunçunu mövsümün sonunda satın almaq şərti ilə “Kalyari”dən bir illik icarəyə götürüb.

22 yaşlı mərkəz müdafiəçisi ötən ildən İtaliya millisinə cəlb olunur. 

Ötən mövsüm A seriyasında 35 oyuna çıaxan Barelya, 1 qol, 4 məhsuldar ötürmə müəllifidir.