“İnter” İtaliya Superkubokunun qalibi olub

“Əl-Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) İtaliya Superkubokunun final oyunu başa çatıb.

Sportline.az xəbər verir ki, “İnter” ölkə çempionu “Napoli”ni məğlub edib. Görüş 1:0 hesabı ilə başa çatıb.

Matçda yeganə qol əsas vaxta əlavə olunan ilk dəqiqədə vurulub. Lautaro Martines Pavarın ötürməsindən sonra dəqiq oynayıb. 

Qeyd edək ki, ölkə çempionatında "İnter" "Yuventus"dan sonra ikinci yeri tutur. Bununla belə, Simone İnzaqinin yetirmələri bir oyun az keçiriblər. “Napoli” liderdən 21 xal geri qalaraq 9-cu yerdədir.