"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
Bu gün Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin də formasını geyindiyi "Kolumbus Kryu" MLS-də 18-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda Şərq konfransında “İnter Mayami” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Nəriman bu qarşılaşmada oynamayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib. "İnter Mayami"nin ulduzu Lionel Messi isə matça 2-ci hissədə daxil olub.
“İnter Mayami”nin qollarını Luis Suares ilə Allen Noah vurub. "Kolambus Kryu”ya isə bərabərliyi Kazemironun avtoqolu və Brais Mendezin fərqlənməsi gətirib.
Hazırda "İnter Mayami" 18 turdan sonra 38 xalla 2-ci, “Kolambus Kryu” isə 20 xalla 11-ci pillədə qərarlaşır.