"İnter" "Tottenhem"ə qalib gəldi

Beynəlxalq Çempionlar Kubokunda “Tottenhem” “İnter”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Londonda keçirilən görüşə meydan sahibləri daha fəal başlayıblar. 3-cü dəqiqədə hesab açılıb. İngiltərə klubunun braziliyalı yarımmüdafiəçisi Lukas yerli azarkeşləri erkən qolla sevindirib.

Fasiləyədək Milan təmsilçisi hesabı bərabərləşdirib. 36-cı dəqiqədə Stefano Sensi topu rəqib qapısından keçirib. 1-1.

Əsas vaxt heç-heçə ilə yekunlaşdığı üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələrdə daha dəqiq olan “İnter” qələbə qazanıb.