“İnter” “Udineze”nin futbolçusunu istəyir

"İnter" yay "transfer pəncərəsi" üçün əsas transfer hədəfini müəyyən edib.

Sportline.az xəbər verir ki, "nerazzura" "Udineze"nin müdafiəçisi Omar Soleni prioritet hədəf kimi nəzərdən keçirir.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mövsümün sonunda təcrübəli Stefan de Vreyin komandadan ayrılma ehtimalı olduğu üçün "İnter" Soleyə görə "Udineze" ilə danışıqlara start verib.