"İnter" ulduz futbolçu üçün danışıqlara başladı

“Atletiko”nun futbolçusu Alvaro Morata yenidən İtaliyada çıxış edə bilər.

Sportline.az “Tuttosport”a istinadən xəbər verir ki, ispaniyalı hücumçunun xidmətində “İnter” maraqlıdır.

Milan təmsilçisinin 27 yaşlı forvardı komandadan ayrılacağı gözlənilən Lautaro Martinesin əvəzləyicisi kimi gördüyü bildirilir. Artıq Alvaronun transferi üçün Madrid klubu ilə danışıqların başladığı da qeyd olunub.

Xatırladaq ki, Morata əvvəl də İtaliyada oynayıb. O, 2014-2016-cı illərdə “Yuventus”da çıxış edib.