"İnter"də yeni futbolçu

İtaliyanın “İnter” klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, Milan təmsilçisi “Kalyari”dən Nikolya Barelyanı icarəyə götürüb. 22 yaşlı mərkəz müdafiəçisi “İnter”də bir mövsüm oynayacaq. 

Qeyd edək ki, Barelya ötən mövsüm “Kalyari”nin heyətində 38 oyuna çıxıb və 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub.