"İnter"in bürünc medal sevdasının qurbanı - "Kyevo"

Futbol üzrə İtaliya çempionatında 36-cı turun son oyunları olub.

Sportline.az xəbər verir ki, bürünc medallar uğrunda mübarizə aparan “İnter” autsayder “Kyevo” ilə görüşə daha fəal başlayıb. Fasiləyədək hesab açılıb. 39-cu dəqiqədə Matteo Politano qonaqları məyus edib.

İlk hissə Milan komandasının minimal hesablı qələbəsi ilə bitib. Qalan vaxt ərzində qapısını toxunulmaz saxlayan meydan sahibləri 86-cı dəqiqədə qonaqlar yenidən mərkəzə dəvət ediblər. İvan Perişiç sonuncu qolun müəllifi olub.

2:0 hesablı qələbəyə sevinən “İnter” 66 xalla yarış cədvəlində ilk üçlüyü tamamlayır. “Kyevo” isə 15 xalla sonuncudur.