"İnter"in sabiq futbolçusu Çin klubunda

"İnter" futbolçusu Miranda ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Çinin "Szyansu  Sunin" klubunda davam etdirəcək. Braziliya millisinin üzvü ilə 2 illik müqavilə imzalanacaq. Miranda yeni klubunda ilinə 4.5 milyon avro qazanacaq. "İnter"ə isə 5 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, Miranda 2015-ci ildən "İnter"də oynayırdı.