“İnter”in yeni hədəfi

İspaniya millisinin üzvü Viktor Munyoz karyerasını İtaliyada davam etdirməyə yaxınlaşır.

Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Osasuna klubunun 22 yaşlı vingeri ilə Inter ciddi şəkildə maraqlanır.

“Nerazzurilər” futbolçunu mövsüm başa çatdıqdan sonra heyətinə qatmağı düşünür.

Artıq İtaliya çempionu Munyozu transfer etmək üçün rəsmi təklif də təqdim edib və tərəflər arasında hazırda danışıqlar davam edir.