İrqçilik edən azarkeşlərə 5 illik futboldan uzaqlaşdırma cəzası verildi

"Milan" "Udineze" matçında fransalı qolkiper Mayk Menyana qarşı irqçilik edən şəxs 5 il müddətinə meydanlardan uzaqlaşdırılıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Milan"ının 3-2 hesabı ilə qalib gəldiyi matçda 28 yaşlı qapıçıya qarşı irqçilik edən 45 yaşlı azarkeşə 5 il müddətində futbol meydanlarına giriş qadağası qoyulub. 

Franasalı qolkiper İtaliya A seriyasında bu tərzdə şeylərin çox nadir hallarda olduğunu bildirib. 

Qeyd edək ki, matçın 33-cü dəqiqəsində stadionu tərk edən Mayk Menynan daha sonra oyuna yenidən qayıdıb.