İslamiada: Azərbaycan karateçiləri son gündə 1 dəst medal qazanıb

Azərbaycan karateçisi Asiman Qurbanlı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Sprotline.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda uduzaraq, 2-ci yeri tutub.

Bununla da karateçilər yarışı 6 mükafatla başa vurublar. İrina Zaretska (64 kq) qızıl, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı gümüş, Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.