İsmail Kartal Ərəbistan klubundan təklif alıb
Son olaraq "Fənərbağça"nı çalışdıran İsmail Kartal "Əl-Taavon" komandası ilə bağlı iddiaları təstiqləyib.
Sportline.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Haber Global-a verdiyi müsahibədə "Klubla əlaqəli bir menecer mənə zəng etdi. Səudiyyə Ərəbistanında işləmək istəyib-istəmədiyimi soruşdu" ifadələrini səsləndirib.
Türkiyəli baş məşqçi rəsmi təklif alacağı təqdirdə Ərəbistan klubunda çalışmağa müsbət yanaşır.
Qeyd edək ki, İsmail Kartalın çalışdırdığı "Fənərbağça' Super Liqada mövsümü 99 xalla ikinci sırada tamamlayıb.